Misli Premyer Liqasında XXV tur davam edir.
Referans Media Fanat.Az-a istinadən xəbər verir ki, turun üçüncü günündə daha iki matç baş tutacaq.
Əvvəlcə “Qarabağ” “Kəpəz”lə qarşılaşacaq. Yevlaxda keçiriləcək və saat 15:00-da start götürəcək qarşılaşmanı gənc baş hakim Əli Əliyev idarə edəcək.
Günə “Neftçi” – “İmişli” matçı ilə yekun vurulacaq. Yeni FİFA referisi Tural Qurbanov “Palms Sports Arena” keçiriləcək oyunun start fitini 19:15-də səsləndirəcək.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Şamaxı”nı, “Zirə” isə “Karvan-Yevlax”ı 1:0, “Sabah” isə “Sumqayıt”ı 3:1 hesabı ilə üstələyib.
Tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası XXV tur 20 mart
15:00. “Kəpəz” – “Qarabağ” Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev VAR: Rauf Cabarov, Namiq Hüseynov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Elman Musayev Yevlax şəhər stadionu.
19:15. “Neftçi” – “İmişli” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov. VAR: İnqilab Məmmədov, Kamran Bayramov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Elgiz Abbasov. “Palms Sports Arena”.
