“Müalicəyə getmək istəmirdi” – Rasim Balayevin qardaşı

“Sonuncu dəfə Türkiyəyə getməmişdən əvvəl evində gördüm, görüşdük. Müalicəyə getmək istəmirdi. Sonradan vəziyyəti kritik oldu, razılaşdı getməyə”.

Referans Media xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Rasim Balayevin qardaşı Rasəddin Balayev deyib.

O qeyd edib ki, böyük ümidlə Rasim Balayevin yolunu gözləyirdilər:

“Bədən zəifləmişdi, ona görə də qarşısını ala bilmədik. Böyük itkidir. Tək bizim yox, xalqın itkisidir”. Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında 77 yaşında dünyasını dəyişib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki