Müctəba Xamenei ilə görüşdüm, açıq danışdıq… – Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian yaxın zamanda Ali Lider Müctəba Xamenei  ilə görüş keçirdiyini açıqlayıb. 

Referans Media  xəbər verir ki, o, görüşün iki saat yarım davam etdiyini bildirib.

“Xamenei ilə etimad və açıq dialoq şəraitində söhbət etdim”, – İran Prezidenti deyib.

Pezeşkian xarici təzyiqlərin əsas məqsədinin cəmiyyətdə narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq və idarəetmə sistemini zəiflətmək olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki