Müharibə İran rejimi məhv olanadək davam edəcək – Netanyahu

“ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları məqsədlərə çatanadək davam edəcək”.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Prezident Tramp və ABŞ ordusu ilə tam koordinasiyada İrandakı terrorçu rejimi məhv etməyə davam edəcəyik”, – Baş nazir vurğulayıb.

Netanyahu əlavə edib ki, İsrail İran ordusunun komandirlərini hədəf alır, körpüləri bombalayır və infrastrukturu dağıdırr.

İsrail lideri İranın polad istehsalı imkanlarının 70 faizinin məhv edildiyini də açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki