Muhsin Yazıcıoğlu işi ilə bağlı mühüm qərar verildi

Muhsin Yazıcıoğlu və daha 5 nəfərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı aparılan istintaqda yeni irəliləyiş qeydə alınıb.

Referans Media xəbər verir ki, Kahramanmaraş Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada səlahiyyətsizlik (səriştəsizlik) qərarı verilib. Qərara əsasən, cinayət işi üzrə materiallar Ankara Baş Prokurorluğuna göndərilib.

Uzun illərdir Türkiyə ictimaiyyətinin diqqət mərkəzində olan hadisə ilə bağlı toplanmış bütün sənədlər, ifadələr, ekspertiza rəyləri və digər sübutlar Ankara Baş Prokurorluğuna təqdim olunacaq.

Yeni qurum iş materiallarını yenidən nəzərdən keçirərək istintaqın növbəti mərhələsi üzrə yol xəritəsini müəyyənləşdirəcək.

Hadisə 25 mart 2009-cu ildə Türkiyənin Kahramanmaraş vilayətinin Göksun ərazisi yaxınlığında baş verib.

Helikopter qəzası nəticəsində:
Muhsin Yazıcıoğlu
Erhan Üstündağ
Yavuz Hızlan
Murat Çetinkaya
İsmail Güneş
Kaya İstektepe
həyatını itirib.

Qəzanın səbəbləri və hadisə ətrafında illər ərzində ortaya atılan müxtəlif iddialar səbəbindən iş Türkiyədə ən çox müzakirə olunan istintaqlardan biri olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki