Kuba ilə ABŞ arasında münasibətlər yenidən pisləşir və Vaşinqton Havanaya hücum edə bilər.
Referans Media xəbər verir ki, bu barədə “Forsal” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, hücum təhlükəsi səbəbindən Kuba hakimiyyəti müdafiəsini gücləndirir.
Qəzetin analitikləri iddia edirlər ki, ölkə daxilində müdafiə tədbirləri artır və “təslim olmaq” və “məğlubiyyət” sözləri qəbul edilmir.
Ekspertlər hesab edirlər ki, ABŞ-ın hərbi hədəfləri İran və Venesuela ilə bitməyəcək.
