Münhendə yaşayış binasında partlayış, ölənlər var – VİDEO

  Almaniyanın Münhen şəhərində yaşayış binasında partlayış baş verib və ardınca yanğın başlayıb.Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Eləcə də hadisəyə görə, Münhendə ənənəvi olaraq keçirilən Oktoberfest pivə festivalının açılışı gecikib.

Məlumata görə, Münhen şəhərində valideynlərinin evini yandıran şəxs miras mübahisəsinə görə atasını güllələyib, anasını isə yaralayıb.

Münhen polisinin açıqlamasına görə, şübhəli şəxs içərisində partlayıcı maddələr olan kürək çantası ilə intihar edib.//Globalinfo.az

    


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki