image-murad-dbackend

Murad Dadaşov yenə əməliyyat olundu

Xalq artisti Murad Dadaşov səhhətində yaranan problemlə əlaqədar tibb müəssisəsinə müraciət edib. Xəzər Media Mərkəzinin rəhbəri artıq əməliyyat olunub.

Referans Media  xəbər verir ki, bu barədə məlumat axşam.az-da yer alıb.

Məşhur prodüser şəxsi sosial şəbəkə hesabında xəstəxana otağından video yayımlayıb. Görüntülərdə onun qolunda iynə olduğu diqqətdən qaçmayıb. Murad Dadaşov paylaşımına qısa şərh əlavə edərək hər kəsə cansağlığı arzulayıb. “Hamı sağlam olsun” yazan sənətçi vəziyyətinin stabil olduğunu nümayiş etdirib.

Onun hansı səbəbdən cərrahi müdaxiləyə ehtiyac duyduğu barədə hələlik ətraflı məlumat verilmir. İzləyicilər və sənət dostları Xalq artistinə şəfa diləklərini ünvanlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki