Narkotik istintaqı çərçivəsində saxlanılıb daha sonra sərbəst buraxılan müğənni Murat Dalkılıçın prokurorluqdakı ifadəsi ictimaiyyətə sızıb.
Referans Media xəbər verir ki, istintaq materiallarında adı keçən siyahı isə sosial mediada geniş rezonans doğurub.
İddialara görə, axtarışda olan Kasım Garipoğlu ilə əlaqəli keçirilən məclislərə qatılan şəxslərin adları sürücüsü “İsmail Ahmet Akçay”ın telefonunda aşkarlanıb.
Murat Dalkılıç aylıq gəlirinin 250 min lirə olduğunu bildirərək həyatının heç bir dönəmində narkotik istifadə etmədiyini vurğulayıb. O, bəzi şəxslərlə birgə maddə istifadə etməsi barədə gizli şahid ifadələrini qətiyyətlə təkzib edib.
Lakin prokuror tərəfindən təqdim olunan telefon qeydlərində adının “məclisə qatılanlar” siyahısında yer aldığı bildirilib. Bununla bağlı sualı cavablandıran sənətçi: “Məclisə bir dəfə qatıldım. Təxminən bir saat qaldım. Narkotik istifadə etmədim” – deyə açıqlama verib.
O, həmçinin uzun müddətdir burun müalicəsi aldığını və əməliyyata hazırlaşdığını bildirib.
Siyahı şok effekti yaratdı Telefon məlumatlarında yer aldığı iddia olunan adlar arasında tanınmış simalar və iş dünyasından şəxslərin olduğu bildirilir. Siyahının mediaya sızması qalmaqalı daha da böyüdüb.
Hazırda istintaq davam edir və rəsmi qurumlar əlavə açıqlama verməyib.
Siyahıda bu şəxslərin adı var:
Burak Altındağ, Semiha Bezek, Eylül Su Sapan, Berk Atan, Dilara Aksuyek, Yusuf Tekin, Yavuz Cansız, Cengizcan Atasoy, Süreyya Arioba, İbrahim Barut, Mert Ayaydın, Taha Bilici, Kerim Sabancı, Hakan Sabancı, Mehmetcan Çelik, Emre Aslakçı, Patrizio, Charlie, Çisel Çakıroğlu, Orhan Aydın, Sinan Koç, Özge Tita, Betül Turan, Emek Emre, Melisa Gizem, Buse İskenderoğlu, Mehmet Germeyanlıgil, Ege Mutaf, Işıl Yaz Özer, Özlem Temponi, Marco Temponi, Seray Kurt, Elif Köksal, İrem Aksaç, Deniz Marşan, Melisa Öztürk, Suranaz Şahin, Sima Tarkan, Sandra Alazoğlu, Murat Dalkılıç, Bilge Yenigül, Derin Talu, Melis Uzun, Merve Ünal, İlknur Şeref, Özge Ertöz, Buket Dizer, Ezgi Karayel, Yanki Zerey, Emine Yıldız, İpek Onat, Çağla Ardak.
