Mutasiyaya uğramış qrip epidemiyası: sürətlə yayılır – Bu simptomlara diqqət yetirin

Qış gəlmədən, yeni mutasiyaya uğramış H3N2 qrip virusu bütün dünyada sürətlə yayılır və qrip xəritəsini alt-üst edib. Qısa müddət ərzində bəzi ölkələrdə yoluxma halları ikiqat artıb.

Referans MEDİA xəbər verir ki, Dr. Süleyman Alpar Türkiyədə təcili yardımda iş yükünün hər həftə artdığını bildirib. Dr. Alpar Hurriyet.com.tr saytına yeni mutasiyaya uğramış qrip virusu ilə bağlı vacib məlumatlar verib.

Qış yaxınlaşdıqca, dünyanın hər yerindən əldə edilən məlumatlar əsasında bu qış qrip mövsümünün son on ilin ən sərt mövsümü olacağı bildirilir. Avstraliyada ortaya çıxan və yeddi mutasiyaya malik olduğu təsdiqlənmiş yeni H3N2 qrip virusu bir çox ölkədə mövsümə gözləniləndən tez başlayıb. Böyük Britaniyadan Yaponiyaya qədər bir çox ölkədə qrip halları hər həftə artır.

Virusun bu qədər sürətlə yayılması narahatedici vəziyyət yaradır. Məktəblərin yenidən açılması ilə yoluxma hallarının artdığı ölkələrdə xəstəlik xüsusilə uşaqlar və gənclər arasında sürətlə yayılır.

Kembric Universitetinin professoru Derek Smitin fikrincə, mutasiyanın belə sürətlə yayılmasının ciddi narahtlıq doğurduğunu bildirib: “Bu virus yayın ortalarında gözlənilmədən təkamül etdi və öz təsirini çox tez göstərdi. Nəticələri qlobal olacaq”.

Mövzu ilə bağlı danışan H3N2 Araşdırma Şurasının üzvü Süleyman Alpar: “H3N2 hər il müşahidə etdiyimiz mövsümi qripin bir variantıdır. Deməli, bu, tamamilə yeni bir virus deyil, qripin çoxdan formalaşmış alt növüdür. Bu il Avstraliyada ortaya çıxan H3N2 variantında virusun səthində təxminən yeddi əhəmiyyətli dəyişiklik (mutasiya) aşkar edilmişdir. Bu dəyişikliklər virusun daha mürəkkəb hala gəldiyi deməkdir. O, qismən immunitetdən yayınmağa qadirdir. Buna görə də, daha çox insana yoluxa bilər və qrip mövsümü adi haldan 4-5 həftə tez başlaya bilər. Beləliklə, problem virusun ölümcüllüyündə deyil; problem onun daha sürətli yayılmasında və daha tez ortaya çıxmasındadır”.

Yoluxma halları sürətlə artdıqca, bir çox mütəxəssis bu qışın son illərin ən sərt qrip mövsümü olacağı barədə xəbərdarlıq edir. Razısınızmı?

Süleyman Alpar bu ilki qrip mövsümün əvvəlki illərə nisbətən daha sərt keçəcəyini bildirib:

“Qrip mövsümü Avstraliyada erkən və intensiv başladı. Avropada da yoluxma halları bu il gözləniləndən daha tez artdı. Həmkarlarımın çoxu virusun yay aylarında bu qədər sürətlə dəyişməsinin qeyri-adi olduğunu deyirlər. Bu məlumatlar birləşdirildikdə, “Daha çətin bir mövsüm ola bilər” demək elmi cəhətdən ağlabatandır. Lakin “Mütləq bir fəlakət olacaq” demək doğru deyil. Qrip mövsümləri hər il fərqli şəkildə özünü göstərə bilər.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki