Mütəxəssislər ciddi XƏBƏRDARLIQ ETDİ: Səssizcə öldürür

Yeni il ərəfəsində mütəxəssislər saxta alkoqol təhlükəsi ilə bağlı ciddi xəbərdarlıq ediblər.

Referans Media xəbər verir ki, dadı, qoxusu və rəngi etil alkoqola bənzəyən metil alkoqolun qəbulu ağır zəhərlənmə, daimi korluq və ölümlə nəticələnə bilər.

Mütəxəssislərin bildirdiyinə görə, metil alkoqol orqanizmdə zəhərli maddələrə çevrilir və ilk mərhələdə əlamət vermədən təsir göstərir. 12–24 saat sonra görmə bulanıqlığı, işığa həssaslıq, ürəkbulanma, qusma, şüur pozğunluğu və tənəffüs çatışmazlığı kimi ağır simptomlar ortaya çıxa bilər.

Həkimlər metil alkoqolun etil alkoqoldan ayırd edilmədiyini, ucuz və nəzarətsiz içkilərin ciddi risk daşıdığını vurğulayır. Vətəndaşlara yalnız rəsmi və etibarlı satış nöqtələrindən məhsul almaq, şübhəli hallarda isə dərhal tibbi yardıma müraciət etmək tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki