Mütəxəssislər xəbərdarlıq edir: “Əsrin qışı” gəlir

Avropalı meteoroloqlar 1978-79-cu illərdəki “əsrin qışı”na bənzər son dərəcə soyuq qışın ilin əvvəlindən özünü göstərəcəyini bildiriblər.

Referans Media xəbər verir ki, avropalı meteoroloqlar qütb burulğanının zəifləməsi səbəbindən qitənin bu qış fövqəladə soyuqlarla üzləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Mütəxəssislər arasında fikir ayrılıqları olsa da, xüsusilə Miladdan sonra Arktika soyuğunun Avropanı vuracağı ehtimalı var.

Proqnozlara görə, builki qütb burulğanı adi qışlara nisbətən xeyli zəifdir. Eyni atmosfer şəraiti 1978-1979-cu illərdə Avropada “əsrin qışı” kimi tanınan tarixi fırtınalara səbəb olub. Avropa Meteorologiya Mərkəzi soyuqların Yeni ildən sonra başlayacağını gözləyir.

Digər tərəfdən, dekabr ayı ərzində temperaturun mövsümi normadan yüksək olacağı, lakin bunun qısamüddətli mülayim hava şəraiti ilə əlaqəli olduğu bildirilib. Sonrakı həftələrdə şiddətli soyuqlar başlayacaq. Yanvar ayının əvvəllərindən şaxtalı hava hökm sürəcək.

Mərkəzi Avropada gecələr şiddətli şaxta və sıx duman olacağı açıqlanıb. Bu isə yollarda ciddi buzlanmaya səbəb olacağı bildirilib. Meteoroloqlar həmçinin xəbərdarlıq edirlər ki, qışın ortalarında atmosferin qəfil pozulması Arktika soyuqluğunu birbaşa Avropaya gətirə bilər. Bu mexanizm keçmişdə bir çox sərt qışlara səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki