NATO 2026-cı ilədək dronları ordusuna inteqrasiya edəcək

 NATO 2026-cı ilin ortalarınadək pilotsuz uçuş aparatlarını (PUA) alyansın Şərq cinahında yerləşən qüvvələrinə tam inteqrasiya etməyi planlaşdırır.

Referans.az  xarici mediaya istinadən xəbər verir ki, NATO-nun Transformasiya Komandanlığının nümayəndəsi, general-mayor Konstantin-Adrian Çolponya bildirib:

“Dronların inteqrasiyasına alternativ yoxdur. İlk nəticələri 2026-cı ilin iyulunda Ankarada keçiriləcək sammitdə təqdim edəcəyik.”

O vurğulayıb ki, gələn ildən etibarən alyansa üzv ölkələr PUA-ların və onlara qarşı müdafiə sistemlərinin aktiv sınaqlarına başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki