NATO baş katibindən AÇIQLAMA – Rusiya təyyarələrini …

  “NATO üzv ölkələrin hava məkanını pozan Rusiya təyyarələrini ələ keçirəcək. Ancaq birbaşa təhlükə törətdiyi təqdirdə onları vuracaq”.

Referans.az  xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

“Təhlükə yaratmasalar, həmin təyyarələr NATO hava məkanında ehtiyatla müşayiət olunacaq”, – o qeyd edib.

 Rutte vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəni bitirməkdə düzgün yanaşma nümayiş etdirir:

“Biz Vladimir Putinin hesablamalarını birlikdə dəyişə bilərik. Tramp həqiqətən sülhpərvərdir. O, müharibəni bitirmək istəyir”, – deyən Rutte, Trampın ölümlərə son qoymaq vədinə əməl edəcəyinə inandığını bildirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki