NATO-dan Rusiyaya sərt mesaj: “Cavabımız olacaq!”

  “Rusiyanın ehtiyatsız hərəkətlərinə NATO-nun cavabı olacaq”.

Referans.az  xəbər verir ki, bu barədə Alyansın yaydığı bəyanatda qeyd olunub.

Hərbi blok Rusiyanın MiQ-31 təyyarəsinin Estoniyanın hava məkanını pozmasına belə reaksiya verib:

 “Rusiya əmin olmalıdır ki, NATO və onun müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq, özlərini müdafiə etmək və bütün istiqamətlərdən gələn hər hansı təhlükənin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi alətlərdən istifadə edəcəklər”.

Bəyanatda həmçinin vurğulanıb ki, Alyans ölkələri Ukraynanı dəstəkləmək üzrə öhdəliklərindən imtina etmək niyyətində deyillər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki