NATO-nun baş katibi Mark Rutte 2026-cı il NATO sammitinin 7-8 iyul tarixlərində Ankarada keçiriləcəyini açıqlayıb.
Referans xəbər verir ki, bu barədə qurumun qərargahının mətbuat xidməti məlumat yayıb.
“Bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm. Türkiyə 70 ildən artıqdır ki, NATO-nun sadiq müttəfiqi olub, ümumi təhlükəsizliyimizə əvəzsiz
töhfə verib.
Növbəti sammitimizdə liderlər NATO-nun daha güclü, daha ədalətli və effektiv alyans olması, təhlükəsizliyimiz üçün kritik çağırışlara cavab verməyə hazır olması üçün fəaliyyətini
davam etdirəcək”, – alyansın baş katibi bildirib.
