NATO Rusiya ilə bağlı məsləhətləşmələr aparacaq

  Estoniyanın Rusiya hərbi təyyarələrinin onun ərazisi üzərində uçması ilə bağlı açıqlamasından sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr keçirəcək.

Referans xəbər verir ki, bu barədə Almaniyanın FAZ qəzeti məlumat yayıb.

“Estoniyanın Rusiya qırıcıları tərəfindən hava məkanını pozduğunu elan etməsindən sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr üçün bir araya gələcək. Məsləhətləşmələr 4-cü maddəyə uyğun olaraq keçiriləcək”, – nəşr alyansın sözçüsünə istinadən yazıb. //publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki