Naxçıvan hava limanında 10 minlik OĞURLUQ: saxlanılanlar var

  Naxçıvan hava limanında oğurluq edən şəxslər saxlanılıb.

Referans  xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.

 Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./Apa  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki