Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Layihənin hansı mərhələdə olduğu, prosesin qarşısındakı əsas maneələr və Ermənistanda mümkün siyasi dəyişikliklərin dəhlizin taleyinə təsiri maraq doğuran məsələlər sırasındadır.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən deputat Fazil Mustafa bildirib ki, Zəngəzur dəhlizinin reallaşması ilk növbədə siyasi qərarlardan asılıdır:
“Bu, birinci növbədə siyasi qərardan asılıdır. Çünki Ermənistanda seçkilərdən sonrakı prosesi izləmək lazımdır. Yəni Ermənistan rəhbərinin də iradəsi var.
Bir iradənin gerçəkləşməsi üçün hər iki dövlətin səyləri artırılmalıdır. Eyni zamanda, həm Avropa Birliyinin, həm də ABŞ-ın dəstəyi önəmlidir. Yəni beynəlxalq şərtlər də burada öz sözünü deyəcək.
Hər halda mən ümid edirəm ki, bu ilin sonuna qədər həmin siyasi qərar tam yekun olaraq veriləcək və işə başlanılacaq”.
Gülnaz Abdullazadə
