backend

Naxçıvanda narkoman sürücü saxlanıldı

Naxçıvanda narkotikin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Referans Media  xəbər verir ki, “Kia” markalı avtomobilin sürücüsünə qayda pozuntusu törədib. Daha sonra Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb.

Müayinə zamanı M.Əhmədovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki