Naxçıvanda qarın hündürlüyü 3 santimetrə çatdı

Naxçıvanın Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr qeydə alınıb.

Referans Media “Report”a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin saat 18:45-ə olan məlumatına əsasən, bölgədə hava şəraiti dəyişkən olmaqda davam edir.

Yüksək dağlıq ərazilərdə yağıntıların intensivləşməsi ehtimal edilir.

Hidrometeorologiya Mərkəzi sürücülərə və dağlıq ərazilərə səfər edən şəxslərə ehtiyatlı olmağı tövsiyə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki