image-1-8backend

Naxçıvanda qəza: 4 nəfər xəsarət aldı

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb. 67-BN-063 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı avtomobil toqquşub.

Nəticədə 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva, 1983-cü il təvəllüdlü Nazim Salmanov və 1963-cü il təvəllüdlü Hikmət Muradov xəsarət alıb. Onlar Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki