Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın başlayıb.Referans.az APA-ya istinadla xəbər verir ki, yanğın yanacaqdoldurma məntəqəsinin ambarında baş verib.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub.
