“Naxtel” abunəçilərinin DİQQƏTİNƏ – Dekabra qədər operatoru dəyişməsəniz, nömrəniz SİLİNƏCƏK!  backend

“Naxtel” abunəçilərinin DİQQƏTİNƏ – Dekabra qədər operatoru dəyişməsəniz, nömrəniz SİLİNƏCƏK!  

    “Naxtel” xidmətlərinin dayandırılma tarixi dəyişdirilib

Referans.az  xəbər verir ki, nömrələrin Azercell, Bakcell və ya Nar şəbəkəsinə daşınması üçün müraciət müddəti uzadılıb.

Abunəçilərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin balansdakı vəsaitlərdən tam istifadə edilmədiyi və mobil operator seçiminin daha rahat həyata keçirilməsi üçün xidmətlərin dayandırılması və nömrə daşınması tarixlərində dəyişiklik edilib.

Belə ki, qurumdan verilən məlumata görə, son müraciət tarixi 15 gün uzadılaraq 15.12.2025-ci il olaraq müəyyən olunub. 15.10.2025-ci il tarixdən 15.12.2025-ci il tarixədək Azercell, Bakcell və Nar operatorlarının xüsusi təyin edilmiş mərkəzlərində nömrələri istənilən şəbəkəyə daşımaq mümkün olacaq.

Qeyd edək ki, “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi 15.12.2025-ci il tarixdən etibarən dayandırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki