Ankara, Bursa və Gümüşhanedəki şirkətlərə məxsus saxta və saxtalaşdırılmış bal məhsulları aşkar edilib.
Referans Media xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə Nazirliyi arıçılıqla məşğul olan daha üç şirkəti siyahısına daxil edib.
Nazirlik tərəfindən dərc edilən siyahıya əsasən, Gümüşhanenin Kelkit rayonunda fəaliyyət göstərən “Ravza Bal -Mustafa Keleş” şirkətinə məxsus “Ravza Bal Sıxılmış Çiçək Balı”, Ankaranın “Vahit Yıldız Balsu -Vahit Yıldız” şirkətinə məxsus “Ecegün Sıxılmış Çiçək Balı” və Bursanın “Asbal Qida Turizm İnşaat Tekstil Sənaye və Ticarət Ltd.” şirkətinə məxsus “Asbal Sıxılmış Çiçək Balı 500 G” məhsullarının saxta olduğunu müəyyən edib.
Kənd Təsərrüfatı və Meşə Nazirliyi vətəndaşların sağlam və təhlükəsiz qidaya çıxışını təmin etmək üçün müntəzəm olaraq yenilənən siyahıları “guvenilirgida.tarimorman.gov.tr” ünvanında ictimaiyyətlə paylaşmağa davam edir.
