NBA Qərb Konfransı yarımfinal seriyasının ikinci oyununda San Antonio Spurs doğma meydanda Minnesota Timbervolvesi 133 : 95 hesabı ilə darmadağın edərək seriyada vəziyyəti 1 : 1 edib.
Referans MEDİA xəbər verir ki, 38 xal fərqi ilə qələbə qazanan Spurs rəqibinə klub tarixinin ən ağır pley-off məğlubiyyətlərindən birini yaşadıb.
Spursun heyətində Victor Vembanyama 19 xal və 15 ribaundla komandasının əsas fiquru olub.
Stephon Castle 21, De'Aaron Fox isə 16 xalla yadda qalıb.
Minnesota təmsilçisində isə Anthony Edvards, Julius Randle, Jaden McDaniels və Terrence Şannon Jr. hərəyə 12 xal toplayıb.
Seriyanın növbəti — üçüncü və dördüncü oyunları Minneapolisdə keçiriləcək.
