Rusiya Avropanın Ukrayna ilə bağlı planlarını rədd edir

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə mümkün barışıqdan sonra ölkənin təhlükəsizliyinə zəmanət vermək üçün Ukraynaya qoşun yeritməyi düşünən Kiyevin avropalı müttəfiqlərinin təşəbbüsünü növbəti dəfə rədd edib.

 “İstəyənlərin Koalisiyası” adlandırılan təşkilatın bir hissəsi olaraq bəzi Qərb ölkələri öz qoşunlarını Ukraynaya göndərməyi düşünür. Lakin Moskva bu ideyanı davamlı olaraq rədd edir.

“Qərbin Ukrayna tərəfi ilə müzakirələrindən göründüyü kimi, bütün bu planlar mahiyyət etibarı ilə Ukrayna ərazisinin hansısa hissəsinə xarici hərbi müdaxilə vasitəsilə zəmanətlərin verilməsi ilə bağlıdır”, – Lavrov cümə axşamı Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlardan sonra deyib.

 “Və mən çox ümid edirəm ki, belə planlar quranlar ya sadəcə olaraq diqqəti özlərinə cəlb etməyə çalışırlar, amma ümid edirəm ki, onlar başa düşürlər ki, bu, Rusiya Federasiyası və Avropanın bütün ağıllı siyasi qüvvələri üçün tamamilə qəbuledilməz olacaq”, – Rusiya XİN rəhbəri bildirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki