image-neftcibackend

“Neftçi” Əbu-Dabidə heç-heçə etdi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu keçirib.

Referans Media xəbər verir ki, “ağ-qaralar” Misir təmsilçisi “Piramids”lə üz-üzə gəlib.

“Məhəmməd bin Zayed” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan təmsilçisinin qolunu Murad Məmmədov vurub.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki