“Neftçi” “İmişli” ilə oyun üçün hazırlığını tamamladı – Heyətdə itki var

Misli Premyer Liqasının XXV turunda “İmişli” ilə üz-üzə gələcək “Neftçi” sözügedən matçın hazırlığı başa vurub.

Referans Media xəbər verir ki, “ağ-qaralar”ın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Qeyd edək ki, martın 20-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “İmişli” matçı saat 19:15-də başlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki