image-3uo29akk5snmlczv7xu8j9gokvertzn5ly0mi8l8_1200-1024x683backend

“Neftçi” uduzdu

Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində daha bir oyun keçirilib.

Referans Media xəbər verir ki, Bakı İdman Sarayında “Neftçi” ilə üz-üzə gələn “Gəncə” 95:92 hesablı qələbə qazanıb.

Bu nəticənin ardından qərb təmsilçisi yarımfinala yüksəlib.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Ordu” “Sumqayıt”ı (93:74) “Sabah” isə “Quba”nı (113:76) məğlub edərək növbəti mərhələyə adlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki