Nəşi 33 il sonra tapılan Şahin Kərimov torpağa tapşırıldı 

Əslən Kəlbəcər rayonunun Zar kəndindən olan, Birinci Qarabağ Müharibəsinin itkin şəhidi Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərinə könüllü qatılaraq Vətənin müdafiəsində fəal iştirak edib.

Referans Media  xəbər verir ki, Şahin Kərimov 1993-cü ilin 8 aprelində ağır döyüşlər zamanı itkin düşüb. O subay idi. Atası vəfat edib, yalnız anası həyatdadır.

Şahin Kərimovun nəşi 33 ildən sonra tapılaraq ailəsinə təhvil verilib.

Şəhidimiz bu gün Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki