İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda İsrail hərbi nəzarəti altındakı təhlükəsizlik zonasının genişləndirilməsi barədə əmr verib.
Referans Media xəbər verir ki, Netanyahu ölkənin şimal sərhədinə səfəri zamanı videomüraciət vasitəsilə bəyanat verib. Videomaterial Baş nazirin Dəftərxanası tərəfindən yayımlanıb.
“Sərhədimizə yönələn hücum və raket atəşi təhlükəsini qəti şəkildə önləmək məqsədilə mövcud təhlükəsizlik zonasının daha da genişləndirilməsini əmr etdim”, – Netanyahu qeyd edib.
