New Yorkda qartopu savaşı siyasi qalmaqala çevrildi

ABŞ-ın New York şəhərində keçirilən qartopu savaşı siyasi qalmaqala çevrilib. Washington Square Park ərazisində sosial şəbəkələr vasitəsilə təşkil olunan tədbir zamanı bəzi şəxslərin polis əməkdaşlarını qəsdən hədəf alması nəticəsində 27 yaşlı bir şəxs saxlanılıb. New York Polis İdarəsi (NYPD) hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Hadisə şəhər rəhbərliyi ilə polis arasında fikir ayrılığı yaradıb. Mer Zohran Mamdani baş verənləri “nəzarətdən çıxmış kartopu savaşı” adlandırsa da, polis rəhbəri Jessica Tisch hadisəni “utancverici” kimi qiymətləndirib.

Qeyd edək ki, insident son on ilin ən güclü qar yağışı fonunda baş verib. Central Park ərazisində təxminən 50 santimetr qar qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki