Nigar Əkbərovaya yüksək vəzifə verildi – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinə yeni departament direktoru təyin edilib.

Referans Media  Valyuta.az-a istinadla xəbər verir ki, Nigar Əkbərovaya mərkəzin İnsan resurslarının idarə edilməsi və proseslərin təkmilləşdirilməsi departamentinin direktoru vəzifəsi həvalə olunub.

N.Əkbərova bu vəzifəsinə qədər, 2025-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC-də Monitorinq və Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.

Bundan başqa o, 2024-cü ildən 2025-ci ilə qədər İcbari Sığorta Bürosunda çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki