Nigeriyanın Kano əyalətində baş verən yol qəzasında 30 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Referans Media xəbər verir ki, hadisə Kwanar Barde bölgəsində sərnişin daşıyan ağır tonajlı yük maşınının diqqətsiz idarəetməsi nəticəsində baş verib.
Kano əyalətinin meri Abba Yusuf qəzaya “ürək parçalayıcı” qiymətini verib və hadisədə həlak olanların ailələrinə başsağlığı diləyib.
Mer həmçinin ağır yük maşını sürücülərinə diqqətli olmaları və yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyəsində bulunub.
