Mərhum tarixçi Prof. Dr. İlber Ortaylının əməliyyatdan əvvəlki son arzusu ortaya çıxıb. Məlum olub ki, Ortaylı jurnalist Fatih Altaylıya zəng edərək Cəlal Şengörlə “vida proqramı”nın çəkilməsini istəyib. Altaylı proqramın çəkildiyini, lakin bu xüsusi görüntülərin hələ yayımlanmadığını açıqlayıb.
Referans Media xəbər verir ki, Altaylı qeyd edib ki, əvvəlcə proqramın əməliyyatdan sonra çəkilməsini təklif etmişdi, lakin Ortaylının tələbi ilə proqram dərhal çəkilib. Celal Şengör də “İlberin əmri başüstünə” deyərək verilişdə iştirak edib. Hazırda proqram hələ yayımlanmayıb.
İlber Ortaylı Kasımpaşadakı bir restoranda Altaylı və Şengör ilə uzun müddət söhbət edib. Altaylı bildirib ki, usta tarixçi həmin gün yaxşı görünüb. Murat Bardakçı ilə növbəti xəstəxana görüşündə də uzun söhbət edilib və bu anlardan bəziləri ilk dəfə videoya çəkilib.
İlber Ortaylı üçün 16 Mart saat 11:00-də Qalatasaray Universitetində anma mərasimi keçiriləcək. Ardınca Fatih Məscidinin qəbiristanlığında dəfn olunacaq.
