Oğuz rayonunda 64 yaşlı qadın ehtiyatsızlıqdan ölüb.
Referans.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Bacısının evində yaşayan 1966-cı il təvəllüdlü Qənirə Məhəmməd qızı Musayeva səhvən sirkə turşusu içib.
Qadın ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. (Oxu.az)
