image-1772871109_img_5583backend

Oğuzda mədəniyyət evi yandı

Oğuzda mədəniyyət evində yanğın baş verib.

 

Referans Media qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

 

Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 k/m sahəsi tamamilə yanıb.

 

Yanğın zamanı xəsarət alan olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki