Hindistanın paytaxtı Yeni Dehli şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında ilkin məlumatlara görə 7 nəfər həlak olub.
Referans Media xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 07:00 radələrində Palam Metro Stansiyasının yaxınlığında yerləşən binada baş verib.
Yanğınsöndürmə xidmətinin əməkdaşı dərhal hadisə yerinə təxminən 30 yanğınsöndürən maşın göndərildiyini bildirib.
Rəsmilər hələlik yanğının səbəbini açıqlamayıblar. İlkin məlumatlara görə, çox sayda sakin binada qalıb və xilasetmə işləri davam edir, həmçinin ağır yaralıların olduğu bildirilir.
