Sərnişinlər arasında insandan insana yoluxaraq üç nəfərin ölümünə səbəb olan və qlobal narahatlıq yaradan hantavirus hadisəsinin yaşandığı gəmi genişmiqyaslı biotəhlükəsizlik əməliyyatından sonra yenidən səfərə hazırlaşır.
Referans Media xəbər verir ki, ötən ilin may ayında 28 ölkədən təxminən 150 sərnişin və ekipaj üzvü ilə səfərdə olan “MV Hondius” gəmisində naməlum xəstəlik aşkarlanmışdı.
Məhz sərnişinlərin ardıcıl şəkildə xəstələnməsi qısa müddətdə beynəlxalq səviyyədə narahatlığa səbəb olmuşdu.Aparılan araşdırmalar nəticəsində gəmidə 13 hantavirus hadisəsi təsdiqlənib. Yoluxanlardan üç nəfər həyatını itirib.
Hazırda gəminin operatoru olan “Oceanwide Expeditions” tərəfindən verilən açıqlamada, 29 mayda Niderland İctimai Səhiyyə Agentliyi (GGD) tərəfindən yoxlanılan gəmiyə 30 may tarixindən etibarən fəaliyyətə davam etmək üçün icazə verildiyi bildirilib.
Məlumatda gəminin əvvəlki səyahətində xidmət edən bütün heyət üzvlərinin təxliyə edildiyi və karantinə alındığı, gəmiyə təyin olunmuş yeni heyətin isə karantindəki işçilərlə heç bir əlaqəsinin olmadığı bildirilib.
Artıq "MV Hondius" sərnişin gəmisinin Rotterdamda illik texniki xidmət və yoxlamaların başa çatmasından sonra 6 iyunda Svalbard arxipelaqındakı Longyearbyen limanına yola düşəcəyi bildirilib.
Həmçinin qeyd edilib ki, gəmi Arktika mövsümünün ilk turist səyahəti üçün 13 iyunda “Longyearbyen” limanından yola düşəcək./"Cebheinfo.az"
