“Son 10 ildə onkoloji xəstələrin sayı 3 dəfədən çox artıb”.
Referans Media xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İB sədri Eyyub Kərimli deyib. Onun sözlərinə görə, bu gün ölkədə onkoloji xəsətələrin sayı ciddi artmaqdadır. Belə ki, son 10 ildə ilk dəfə diaqnoz təyin edilən insanların sayı aşağıdakı kimidir: 2005-23,088; 2010-28,052; 2015- 40,653; 2017- 45,756; 2018- 48,685; 2019-52,718; 2020-54,403; 2023-69,435; 2024-73,875.
Onun sözlərinə görə, bu rəqəm həm də 73 min ailəni əhatə edir:
“Bu, çox ağır vəziyyətin göstəricisidir. Düşünürəm bu statistika tam reallığı da əks etdirmir. Belə ki, bəzi hallarda belə xəstələr xaricdə müalicəyə üstünlük verirlər ki, bu da statistikanın daha real olmamasına təsir edir”.
E.Kərimli onkoloji xəstəliklərin tibbi sığorta paketinə daxil edilməsini təklif edib:
“Bu xəstəliyə tutulmuş insanların həm yaxınları, həm də özləri ciddi mənəvi, psixoloji və maliyyə sınağına çəkilir. Bu ağır xəstəliklə mübarizədə bəzən 20-30 min manatdan çox vəsait tələb olunur. Bu da əlbəttə ki, əksər ailələrin büdcəsinə uyğun deyil. Bu gün bu xəstəliklərin tibbi sığorta paketinə daxil edilməsi sosial zərurətdir. Əminəm ki, çox insan maddi imkansızlıqdan müayinə və müalicə ola bilmirlər. Bəlkə də bu xəstəliyin artmamasına ciddi təsir göstərə bilər. İnsanlarımıza bu sahədə dövlətimizin ciddi dəstəyinə ehtiyacı var”.
