Orban Zelenskiyə səsləndi: “Müdaxiləni dayandırın!”

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskini ölkədəki seçkilərə müdaxiləni dayandırmağa çağırıb. 

Referans Media  xəbər verir ki, baş nazir bu barədə X hesabında paylaşım edib.

Orbanın sözlərinə görə, Ukrayna nümayəndələri Macarıstandakı seçki kampaniyasında fəal iştirak edirlər:

“Onlar rəqiblərimizi öz mənfəətləri üçün maliyyələşdirirlər. Müdaxiləni dayandırın, Macarıstan gələcəyini özü müəyyən etməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki