Lyayenin sözlərinə görə, Ukraynanın dövlət kimi mövcudluğuna xələl gələrsə, ordu Rusiyanın içərilərinə doğru hərəkət edə bilər.
Kreml Avropa ordusunun Rusiyaya daxil olmasına necə reaksiya verəcək?
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Avropa ölkələri hazırda Ukraynanı ciddi şəkildə müdafiə edir və onun təhlükəsizliyinin təmin olunmasına çalışırlar:
Politoloqun sözlərinə görə, gələcəkdə Ukraynaya Rusiya ərazisində əməliyyatlar aparması üçün imkan yaradıla bilər:
“Bu, müəyyən mənada Rusiyanın aqressiyasını azaltmağa kömək edəcək. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin son açıqlamaları isə vəziyyətin ciddiliyini göstərir. Onun dediyi fikirlər, əslində, böyük risklərə işarə edir və potensial toqquşmanın miqyasını genişləndirə, hətta Üçüncü Dünya müharibəsi ehtimalını da gücləndirə bilər”.
