Ordubadın yüksək dağlıq ərazilərinə  qar yağıb

  Oktyabrın 22-də səhər saatlarından etibarən Ordubad rayonunun ucqar kəndləri və dağ massivlərində hava şəraiti kəskin dəyişib, havanın temperaturu xeyli enib.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  Referans.az-a  bildirilib ki, rayonun 3500 metrədək yüksəklikdə yerləşən dağlıq ərazilərinə qar yağıb.

Qarın hündürlüyü 14 santimetrdir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki