Orxan Əhmədzadəyə vəzifə verildi

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.

 

Referans Media  oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, qurumun İnnovativ həllər şöbəsinin müdiri Orxan Əhmədzadə tutduğu vəzifədən azad edilib.

 

Sədrin digər əmri ilə o, "Azərbaycan Dəmir Yolları" QSC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri - Baş mühəndisin müavini vəzifəsinə təyin olunub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki