Əfqanıstanın paytaxtı Kabildəki otellərdən birində güclü partlayış baş verib.
Bu barədə “Taliban” hökumətinin Daxili İşlər Nazirliyi (DİN) məlumat yaytıb.
Hadisə nəticəsində azı yeddi nəfər ölüb, 20-dən çox yaralı var.
Bildirilir ki, hadisə paytaxtın ən təhlükəsiz yerlərindən biri hesab olunan – böyük ofis binalarının, ticarət mərkəzlərinin və səfirliklərin olduğu Şahr-e-Nau kommersiya rayonunda baş verib.
Partlayışın səbəbi araşdırılır.//publika.az
