Pakistan Kabili vurdu – Yeni müharibə başlayır?

Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın paytaxtı Kabilə endirdiyi hava zərbəsi nəticəsində böyük yanğın baş verib.

Referans Media xəbər verir ki, hücum şəhərin “Yaşıl Zona” adlanan hissəsi yaxınlığında baş verib.

Bu ərazidə Taliabanın vertolyotlar, silah-sursat anbarları və keçmiş ABŞ zirehli texnikalarının yerləşdiyi böyük bazası yerləşir.

Əfqanıstan hökumətinin nümayəndəsi bildirib ki, zərbə nəticəsində narkotik asılılığından əziyyət çəkənlər üçün nəzərdə tutulan reabilitasiya mərkəzi zədələnib. Hadisə zamanı bir neçə nəfər həlak olub və xəsarət alıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki