Pakistan və Əfqanıstan Çin vasitəçiliyi ilə danışıqlara başlayıb

Pakistan və Əfqanıstanın uzun müddətdir davam edən toqquşmaları dayandırmaq üçün Çin vasitəçiliyi ilə danışıqlara başladığı iddia olunur. Məlumata görə, tərəflərin nümayəndələri Çinin Urumçi şəhərində bir araya gəlib.

Rəsmi qurumlar hələlik bu görüşlərlə bağlı açıqlama verməyib. Bildirilir ki, Pakistan tərəfi Çinlə aparılan müzakirələrdə Pekinin mümkün garantor rolunu da nəzərdən keçirir.

Mənbələr həmçinin Əfqanıstandan yüksək səviyyəli nümayəndə heyətinin danışıqlar üçün Çinə yola düşəcəyini qeyd edir.

Xatırladaq ki, fevral ayında tərəflər arasında qarşılıqlı hücumlar baş vermiş, daha əvvəl aparılan danışıqlar isə nəticəsiz qalmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki