Pakistanın şimal bölgəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Referans Media xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, Pakistan Meteorologiya İdarəsi ölkənin Gilgit-Baltistan, Peşəvər və Hayber Paxtunxva əyalətlərində 5,8 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Hazırda insan itkisi və ya maddi ziyanla bağlı rəsmi məlumat yoxdur.
ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) isə Barishal bölgəsinin 50 kilometr şimal-qərbində qeydə alınan zəlzələnin gücünü 5,9 bal olaraq açıqlayıb.
