“Hindistan və Pakistan arasında siyasi təmaslar olmayacaq”.
Bu barədə “Hindistan Tayms” qəzeti məlumat yayıb.
“Yeganə danışıqlar hərbi əməliyyatların komandirləri arasında baş tutacaq”, – nəşrin mənbələri bildirib.
Bildirilib ki, Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval və ölkənin xarici işlər naziri Subrahmanyam Caishankarın pakistanlı həmkarları ilə əlaqəsi yoxdur:
“Hindistan səlahiyyətliləri hesab edirlər ki, Kəşmir məsələsində İslamabadla ərazilərin qaytarılmasından başqa müzakirə olunacaq heç nə yoxdur”.
Qeyd edək ki, mayın 10-da Hindistan və Pakistanın yüksək rütbəli hərbi rəsmiləri arasında münaqişənin başlamasından sonra ilk telefon danışığının keçirildiyi bildirilib.
Söhbət zamanı Pakistan tərəfi hindistanlı həmkarları ilə görüş keçirmək arzusunda olduğunu deyib.
Globalinfo.az